×
A
A
A
Sazlamalar

Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırılıb

Bakı, 24 fevral, AZƏRTAC

Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.
Dövlətimizin başçısının imzaladığı digər Sərəncamla isə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

Elm və təhsil 2018-02-24 18:18:00