×
A
A
A
Sazlamalar

Somalidə törədilən iki partlayış nəticəsində 38 nəfər ölüb

Bakı, 24 fevral, AZƏRTAC

Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində azı 38 nəfər həlak olub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, prezident iqamətgahının və otellərin birinin yaxınlığında minalanmış avtomobillər parladılıb. Bundan sonra hücum edən silahlılarla təhlükəsizlik orqanları arasında atışma başlayıb. Silahlılardan 5-nin öldürüldüyü bildirilir.
Terror aktlarının məsuliyyətini “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Əş-Şəbab” qruplaşması üzərinə götürüb.

Dünya 2018-02-24 18:11:00