×
A
A
A
Sazlamalar

Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirinin finalına yüksəlib

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin finalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançımız 1/16 finalda avstraliyalı Ceyk Benstedi, səkkizdəbir finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib. R.Orucov dörddəbir finalda ermənistanlı Ferdinand Karapetyana heç bir şans verməyib.
Rüstəm Orucov yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edərək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuz Yaponiya təmsilçisi Şohei Ono ilə üz-üzə gələcək.

İdman 2018-02-24 16:57:00