×
A
A
A
Sazlamalar

Badmintonçumuz Avropa çempionatına vəsiqə qazanıb

Bakı, 24 fevral, AZƏRTAC 

Aprelin 24-29-da İspaniyanın Huelva şəhərində badminton üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, milli komandamızın üzvü Orxan Qələndərov bu yarışa vəsiqə qazanıb.
Qeyd edək ki, badmintonçumuz son açıqlanan reytinq siyahısına əsasən, çempionatda çıxış etmək şansı əldə edib.

 

İdman 2018-02-24 16:35:00