×
A
A
A
Sazlamalar

Muğam Mərkəzində “Nəğməkar qız” adlı konsert proqramı təqdim edilib

Bakı, 24 fevral, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində “Nəğməkar qız” adlı konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan konsertdə Əməkdar Artist Lalə Məmmədovanın ifasında xalq və bəstəkar mahnıları səslənib.
Konsertdə ifaçını Azərbaycan Televiziyasının Gülarə Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Əməkdar Artist Tariyel Abbasovdur.
Xatırladaq ki, konsertin informasiya dəstəkçiləri sırasında AZƏRTAC da var.

 

Musiqi 2018-02-24 15:43:00