×
A
A
A
Sazlamalar

Sumqayıt teatrı premyera ərəfəsində

Sumqayıt, 24 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrında Nizami Muradoğlunun “Zülmətdə nur” mənzum pyesi əsasında hazırlanan tamaşaya ictimai baxış olub.
Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi İslam Həsənov AZƏRTAC–a bildirib ki, tamaşa Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilib və tezliklə səhnə əsərinin premyerası nəzərdə tutulur. Müzakirə zamanı quruluşçu rejissorun və yaradıcı heyətin birgə işindən razılıq bildirilib.
Teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovun quruluş verdiyi əsər 1937-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gəlmiş mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin, o cümlədən dövrün tanınmış aydınları Əhməd Cavadın, Mikayıl Müşfiqin həyatından bəhs edir. Zindanlarda əzab verilən ziyalılarımızın mənəvi-psixoloji sarsıntılarını Əməkdar artistlər Rauf Ağakişiyev, İlahə Səfərova, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Oqtay Mehdiyev, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, İlahə Səfərova və başqaları ustalıqla canlandırıblar.

Regionlar 2018-02-24 15:05:00