×
A
A
A
Sazlamalar

Qoşqar zirvəsində “Xocalıya ədalət” posteri açılacaq

Bakı, 24 fevral, AZƏRTAC
Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə bir qrup alpinist Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə yürüşə çıxıb.
AZƏRTAC xəbər verir ki, beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət” posterinin açılması ilə yekunlaşacaq.
“Everest” İdman Klubunun təşkil etdiyi yürüş Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin dəstəyi ilə reallaşıb.
Yürüşün təşkil olunmasında əsas məqsəd gənc nəslin diqqətini Xocalı faciəsinə yönəltməklə yanaşı, sağlam həyat tərzini təbliğ etmək, idmanın bu növünü tanıtmaq və ona olan marağı artırmaqdan ibarətdir.
Daşkəsən rayonu ərazisində yerləşən 3 min 361 metr yüksəklikdəki Qoşqar zirvəsi Kiçik Qafqaz sıra dağlarına aiddir.

Regionlar 2018-02-24 15:01:00