×
A
A
A
Sazlamalar

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr aparılır VİDEO

Quba, 24 fevral, Elxan Yusifli, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il yanvarın 11-də elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrdə şimal bölgəsindən 16 nəfər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, DİM-in Xaçmaz regional bölməsinə daxil olan rayonlar üzrə vakant vəzifələrin müsahibələri fevralın 21-dən Quba “ASAN xidmət” mərkəzində təşkil olunur. Şimal regionunda ilk dəfə təşkil olunan müsahibədə qeydiyyatdan keçmiş 20 namizəddən 4-ü müsahibədə iştirak etməyib. Müsahibəyə qatılan 16 namizəddən 4-ü isə müvafiq keçid balını toplayaraq, iddia etdiyi vəzifəyə uyğun sayılıb.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki bildirib ki, namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir və namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə olunub. Belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini ləğv etməlidirlər.
Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.

 

Regionlar 2018-02-24 14:54:00

Video