×
A
A
A
Sazlamalar

Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar

Bakı, 24 fevral, AZƏRTAC

Hindistanın Mumbay şəhərində bir qrup cərrah əməliyyat yolu ilə 1,8 kiloqram çəkisi olan beyin şişini çıxarıb.
AZƏRTAC xəbər verir ki, “The Hindu” internet nəşrinin məlumatına görə, əməliyyat 6 saat davam edib. Neyrocərrah Trimurti Nadkarni bunun dünyada ən böyük beyin şişi olduğunu istisna etməyib – ölçüsünə görə o, pasiyentin başından böyük olub. 31 yaşlı Santal Palın beynindəki şiş hələ üç il bundan əvvəl inkişaf etməyə başlasa da, həkimlərin heç biri bu mürəkkəb əməliyyatı keçirməyə risk etməyib.
Xəstəlik səbəbindən pasiyentin gözləri tutulub. Lakin həkimlər şiş çıxarıldıqdan sonra onun yenidən görəcəyinə ümid edirlər. Hazırda Pal əməliyyatdan sonrakı bərpa prosesini keçir.

 

Dünya 2018-02-24 14:53:00