×
A
A
A
Sazlamalar

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən yeni formatlı metodiki vəsaitlər hazırlanıb

Bakı, 24 fevral, AZƏRTAC

Mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin dəstəklənməsində böyük əhəmiyyət kəsb edən metodiki vəsaitlərin hazırlanması Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas vəzifələrindəndir.
Ötən iki il müddətində mərkəz tərəfindən 70-dən artıq müxtəlif təyinatlı vəsaitlər hazırlanıb və onların yerlərdə təqdimatları təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən mədəniyyət sahəsini əhatə edən 14 yeni metodiki vəsait işıq üzü görüb.
Hazırlanmış bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə, musiqi məktəblərinə göndərilməsi və yerlərdə təqdimatların aparılması da nəzərdə tutulub.

 

Mədəniyyət 2018-02-24 14:22:00