×
A
A
A
Sazlamalar

Şəmkirdə şəhid əsgərin xatirəsi anılıb

Şəmkir, 24 fevral, Famil Quliyev, AZƏRTAC

Ötən ilin fevralında Ermənistan silahlı bölmələrinin cəbhədəki təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Xanoğlan Xəlilovun xatirəsi doğulduğu Şəmkir rayonunun Şeidlər kəndində anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidin döyüş yoldaşları, hüquq mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Xanoğlan Xəlilovun keçdiyi şərəfli ömür yolundan, Vətənə bağlılığından söz açıb, onun torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şücaətdən danışıblar.
Çıxışlarda ordumuzun işğal altındakı torpaqları qısa zamanda azad edəcəyinə əminlik bildirilib.
Anım tədbirində məktəblilər şəhidlə bağlı xatirələrini bölüşüb, şeirlər səsləndiriblər.

Regionlar 2018-02-24 14:16:00