×
A
A
A
Sazlamalar

“Indigo” mətbəəsində yeni avadanlığın təqdimatı olub

Azərbaycanda yeganə etiketlərin “digital flex” çapı 1-dən - milyonadək tiraj

Bakı, 24 fevral, Elvira Məmmədova, AZƏRTAC
“Indigo” mətbəəsində Azərbaycanda ilk dəfə etiketlərin milyonadək tirajla çapını həyata keçirən avadanlığın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Belçika, Almaniya və Gürcüstanın aparıcı mətbəələrinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən bank, sığorta şirkətlərinin nümayəndələri iştirak ediblər.
“Indigi Print House”un direktoru Tariyel Salahov bildirib ki, yüksək tirajla çap edən yeni avadanlıq Belçikadan gətirilib. “Xeikon 3030” markalı avadanlığın əsas üstünlüyü etiketlərin “digital flex” çapı 1-dən milyonadək (1000000) tirajı həyata keçirmək imkanlarına malik olmasıdır.
Şirkətin fəaliyyəti barədə məlumat verən Tariyel Salahov, həmçinin qeyd edib ki, “Indigo” mətbəəsində MDB və Avropa ölkələrində təcrübə keçmiş 100-dən çox ixtisaslı menecer, dizayner, çapçı və servis mühəndisi çalışır. Peşəkar kollektiv istənilən çətinlikdə olan sifarişi yüksək səviyyədə yerinə yetirməyə zəmanət verir.
“Qutu istehsalı sahəsində yenilikçi və dinamik bazarın şərtlərinə 3-5 qat karton üzərində LED UV ofset və flex çapı edirik. Şirkətdə daimi texniki təchizat dəyişikliyi aparılır: mətbəə yeni, daha müasir təchizatlar əldə edir, yeni texnologiyaları mənimsəyir. Məşhur istehsalçıların yeni, daha müasir təchizatlarından istifadə olunur. Bununla yanaşı, Almaniya, İsveçrə, Böyük Britaniya, İtaliya və digər ölkələrin yüksəkkeyfiyyətli məxaric məhsullarından istifadə edilir. Bugünkü təqdimatda “Indigi Print House” sürət, keyfiyyət və qənaət sloqanı altında fəaliyyət göstərməsini bir daha sübut etdi. Şirkətimizin fəaliyyətini genişləndirməkdə məqsədimiz Azərbaycanda sahibkarlığın inkişafına töhfə verməkdir”, - deyə şirkətin rəhbəri bildirib.
Almaniyanın “Vip systems” şirkətinin menecerləri Aleksandr Rankov və Gunter Franz, Belçikanın Xeikon zavodunun satış üzrə direktoru Patrik Pittrus, Gürcüstanın “Poliqraf” şirkətinin nümayəndəsi Gocha Kamkamidze “Xeikon 3030” markalı avadanlığın Azərbaycanın qabaqcıl mətbəəsi olan “İndigo”da da yüksək tirajla etiketlərin çapını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Azərbaycanın aparıcı mətbəələrindən biri olan “ındigo” şirkəti 2001-ci ildən fəaliyyət göstərir. “Indigo” çap sahəsində öz ərazisində liderdir və son illər ərzində öz sərhədlərini genişləndirərək həm Azərbaycanda, həm də xaricdə mühüm yer tutub. Kompaniyanın nadir, effektli çap təchizatları və hər cür xidmət göstərən - istənilən rəngdə, formatda, cilddə və nüsxədə çap məhsulları istehsal edən ixtisaslı heyəti var. Kompaniyanın fəaliyyətinə geniş tərkibli işlər daxildir: orijinal dizaynın hazırlanması konsepsiyasından yüksəkkeyfiyyətli çap məhsullarının hazırlanmasına qədər (vizit kartından yüksək keyfiyyətli nəşrinə qədər). Mətbəədə rəqəmsal və ənənəvi ofset və təsvir çapı kimi çap məhsullarının hazırlanması zamanı müasir poliqrafiyada işlədilən texniki proseslər mənimsənilib. Bundan başqa xüsusi çap işini yerinə yetirmək üçün mətbəədə trafaret və tampon çap maşınları işləyir.

İqtisadiyyat 2018-02-24 10:54:00