×
A
A
A
Sazlamalar

Çinin LNG idxalı rekord həcmə çatıb

Bakı, 24 fevral, AZƏRTAC

Bu ilin yanvar ayında Çinin mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) idxalı keçən ilin eyni dövrü ilə müqayisədə 51,2 faiz artıb və rekord göstəriciyə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Gömrük İdarəsi məlumat yayıb. Bildirilir ki, yanvar ayında LNG idxalı 5,18 milyon ton olmaqla dekabrdakı rekord göstəricini - 5,03 milyon tonu üstələyib.
LNG idxalının artmasına səbəb hökumətin hava kirliliyi ilə mübarizə çərçivəsində zavod və fabriklərdə kömürdən təbii qaza keçidi təşviq etməsidir.

Dünya 2018-02-24 10:37:00