×
A
A
A
Sazlamalar

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start veriləcək

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, iki günü əhatə edəcək turun ilk günündə “Qəbələ” səfərdə “Səbail”in qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Neftçi” və “Zirə” klubları üz-üzə gələcəklər.
Turun ikinci gününün birinci qarşılaşmasında “Keşlə” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Tura lider “Qarabağ” və “Keşlə” klubları arasında görüşlə yekun vurulacaq.
Qeyd edək ki, turnir cədvəlinə 41 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 35 xalla ikinci, “Zirə” 31 xalla üçüncü, “Sumqayıt” 24 xalla dördüncü, “Neftçi” 19 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (14 xal), “Keşlə” (12 xal) və “Kəpəz” (7 xal) qərarlaşıb.

İdman 2018-02-24 10:34:00