×
A
A
A
Sazlamalar

Yanvarda gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb

Bakı, 24 fevral, AZƏRTAC

2018-ci ilin yanvar ayında gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar ayında 41 qaçaqmalçılıq faktı qeydə alınıb. Bu faktlardan 12-si narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır. Həmçinin aşkar edilən inzibati xəta faktlarından 467-si malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması, 31 fakt isə gizli keçirməyə aiddir.

Hadisə 2018-02-24 10:33:00