×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk ödənişli yolun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq

Bakı, 24 fevral, Elvin Camalov, AZƏRTAC

Azərbaycanda ilk ödənişli yolun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolunun tikintisi 2020-ci ilin əvvəllərində başa çatacaq. Bakı-Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən 208-ci kilometrə qədər olan məsafəni əhatə edən yolun tikintisinə artıq başlanılıb. Gələcəkdə bu yol Azərbaycanda ilk ödənişli yol olacaq.

 

Nəqliyyat 2018-02-24 10:21:00