×
A
A
A
Sazlamalar

Baş Mingəçevir stansiyasında yoldəyişən qurğular əsaslı təmir ediləcək

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Baş Mingəçevir stansiyasının tək boğazlarında mövcud olan 4 yoldəyişən qurğunun əsaslı təmirinə başlanılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, işlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” (İDMY) MMC-nin kollektivi həyata keçirəcək.
Qeyd edək ki, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günə kimi 124 yoldəyişən yenisi ilə əvəz olunub.

Nəqliyyat 2018-02-24 08:49:00