Mun Çe-in və İvanka Tramp Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər
Bakı, 23 fevral, AZƏRTAC
Cənubi Koreya Prezidenti Mun Çe-inlə ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Seulda keçirilən qapalı görüşün gedişində Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, 35 dəqiqə davam edən görüş zamanı tərəflər Vaşinqton və Pxenyan arasında dialoq və Koreyalararası sammitin keçirilməsi məsələlərinə toxunublar.
İvanka Tramp ABŞ-ın KXDR-ə maksimal təzyiq strategiyası tərəfdarı olduğunu təsdiq edib. Cənubi Koreya prezidenti isə öz növbəsində ABŞ hökumətini Şimali Koreyanın nüvə probleminin həll olunması məqsədilə KXDR-lə aktiv dialoq aparmağa çağırıb.
Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağı barədə bəyanat yayıb. BMT Təhlükəsizlik Şurası bu səbəbdən Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib.
Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb
Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib
ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır
G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər