×
A
A
A
Sazlamalar

Əsəd Əhmədov küçəsində hərəkət məhdudlaşdırılır

Bakı, 23 fevral, AZƏRTAC

Yasamal rayonunun Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Nəqliyyat 2018-02-23 19:12:00