×
A
A
A
Sazlamalar

Dimitri Cavaxadze: Azərbaycanın mükəmməl seçki qanunvericiliyi və zəngin təcrübəsi var

Tbilisi, 23 fevral, AZƏRTAC

Azərbaycanın mükəmməl seçki qanunvericiliyi və zəngin təcrübəsi var. İnanıram ki, Azərbaycanda 11 aprel prezident seçkiləri yüksək səviyyədə, beynəlxalq standartlara uyğun keçiriləcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Dimitri Cavaxadze söyləyib. O deyib: “Azərbaycanda seçki mühiti yüksək səviyyədədir. Ona görə də inanıram ki, prezident seçkiləri yüksək səviyyədə, azad və şəffaf keçiriləcək”.
Dimitri Cavaxadze qeyd edib ki, Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2018-02-23 19:01:00