×
A
A
A
Sazlamalar

Kənd Təsərrüfati Nazirliyi Aqrar Universiteti yeni avadanlıqlarla təchiz edib

Gəncə, 23 fevral, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi texniki bazasının daha da təkmilləşdirilməsi, kənd təsərrüfatı sahələri, o cümlədən baytarlıq ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təhsil müəssisəsinə böyük dəstək göstərilir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində yaradılmış müasir baytarlıq klinikası əlavə avadanlıqlarla təchiz edilib.
Artıq 41 adda inventar və avadanlıq klinikaya təhvil verilib. Avadanlıqlar sırasında biotəhlükəsizlik dolabı, PSR, elektroforez, spektrofotometr, mikroplanşet rayder, mikroplanşet yuyucu və sair universitetdə mütəxəssis hazırlığına böyük töhfə olacaq.

Kənd təsərrüfatı 2018-02-23 18:09:00