×
A
A
A
Sazlamalar

Milli Oftalmologiya Mərkəzinin həkimləri “SABIS SUN” beynəlxalq məktəbdə 180 nəfəri müayinə ediblər

Bakı, 23 fevral, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ənənəsinə uyğun olaraq əhalinin sağlamlığını qorumaq məqsədilə ayrı-ayrı bölgələrə, paytaxtın müxtəlif istehsalat və təhsil ocaqlarına üz tutaraq tibbi müayinələr aparırlar. Ölkəmizin baş oftalmoloji səhiyyə ocağının Səyyar Klinikası “SABIS SUN” beynəlxalq məktəbdə humanitar aksiya keçirib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edən tədbir zamanı 180 müəllim və şagird oftalmoloji müayinə olunub. Yoxlamadan keçənlərin az bir hissəsində astiqmatizm və miopatiya aşkar edilib və onlara tibbi məsləhətlər verilib.

Səhiyyə 2018-02-23 18:07:00