×
A
A
A
Sazlamalar

Tələbələr metal yataqlarının perspektiv göstəriciləri barədə məlumatlandırılıblar

Bakı, 23 fevral, AZƏRTAC 

Fevralın 23-də “AzerGold” QSC-nin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) geoloji-kəşfiyyat fakültəsinin tələbələri ilə görüşüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə “AzerGold” QSC-nin geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev və strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev iştirak ediblər.
“AzerGold” QSC-nin fəaliyyətini əks etdirən geniş tanıtım təqdimatı ilə çıxış edən Şahbəddin Musayev müəssisənin ölkəmizdəki strateji əhəmiyyəti barədə tələbələrə məlumat verib. Kənan Salayev isə ölkəmizin ərazisindəki nəcib və əlvan metal yataqlarının perspektiv göstəriciləri barədə danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb.

Elm və təhsil 2018-02-23 18:08:00