×
A
A
A
Sazlamalar

17 müntəzəm marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib YENİLƏNİB

Bakı, 23 fevral, Elvin Camalov, AZƏRTAC

17 müntəzəm marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 62, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Fevralın 24-dən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə
səbəb ərazidə təmir işlərinin aparılmasıdır.

Nəqliyyat 2018-02-23 17:19:00