×
A
A
A
Sazlamalar

“Art Tower”də növbəti sərgi Xocalıya ithaf ediləcək

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 26-da “Art Tower” rəsm qalereyasında Xocalı faciəsinin 26-cı il dönümünə həsr olunmuş rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunacaq.
Sərgidə azərbaycanlı rəssam Nazim Məmmədovun və fransız rəssam Reno Baltzingerin əsərləri nümayiş olunacaq. Martın 3-dək davam edəcək sərgiyə hər kəs baxa bilər.

İncəsənət 2018-02-23 17:18:00