×
A
A
A
Sazlamalar

ABŞ-ın Azərbaycandakı səfiri Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə olub

Bakı, 23 fevral, AZƏRTAC 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xanımı Enn Sekuta ilə birlikdə Bakının Binəqədi rayonunda yerləşən Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə olub.
AZƏRTAC xəbər verir ki, səfir məktəbdə “Bilik qüvvətdir!” adlı məktəbdənkənar ingilis dili tədris proqramına başlanılması ilə bağlı tədbirə qatılıb. Səfir və xanımı şagirdlərlə ingilis dili danışıq məşğələsində iştirak edib.
R.Sekuta bildirib ki, bu proqramın məqsədi Azərbaycan vətəndaşlarının ingilis dilini öyrənməsinə və dünyada rahat ünsiyyət qurmasına kömək etməkdir. Proqram şagirdləri ingilis dili bilikləri ilə təmin edəcək, yeni təcrübə əldə etməyə və qlobal iqtisadiyyatda daha güclü iştiraka qapılar açacaq. Diplomat deyib ki, ABŞ səfirliyi məcburi köçkün gənclərin cəmiyyətə faydalı vətəndaş olmaları üçün tələb edilən təhsil bazası ilə təmin olunmalarını dəstəkləyir.

 

Elm və təhsil 2018-02-23 16:29:00