×
A
A
A
Sazlamalar

Uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 26-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xocalı soyqırımına həsr olunmuş “Xocalı” adlı tamaşa təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr – studiyası tərəfindən hazırlanıb.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə təqdim ediləcək tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi, studiyanın bədii rəhbəri Larisa Tarusovadır.

 

Teatr və kino 2018-02-23 16:02:00