×
A
A
A
Sazlamalar

Abşeron rayonunda evdən silah oğurlayan şəxslər tutulub

Bakı, 23 fevral, AZƏRTAC 

Xırdalan şəhər sakini F.Müslümov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək fevralın 20-nə keçən gecə evindən müvafiq sənədləri olan iki ov tüfənginin oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər qısa vaxtda müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Abşeron rayon sakini Süleyman Səmədov və Bakı sakini, əvvəllər məhkum edilən Fuad Əliyev olmaları müəyyənləşib. Oğurlanmış tüfənglər polis əməkdaşları tərəfindən götürülüb.
Saxlanılan şəxslər və maddi sübutlar istintaqa təhvil verilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

 

Hadisə 2018-02-23 13:00:00