×
A
A
A
Sazlamalar

Hərbi qulluqçuların hüquqi bilikləri təkmilləşdirilir

Bakı, 23 fevral, AZƏRTAC 

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulması ən vacib vəzifələrdən biridir” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planına əsasən təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb, müxtəlif mövzularda mühazirələr oxunub.

Ordu 2018-02-23 12:24:00