×
A
A
A
Sazlamalar

Bakının Məhəmməd Hadi küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakı, 23 fevral, AZƏRTAC

Aparılan təmir işləri ilə əlaqədar olaraq paytaxtın Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (“Əhmədli” metro stansiyası) Babək prospektinədək olan istiqamətində fevralın 24-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən “Əhmədli” metro stansiyasına doğru olan hissəsində isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək.

Nəqliyyat 2018-02-23 11:38:00