×
A
A
A
Sazlamalar

Fövqəladə hallar naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Bakı, 23 fevral, AZƏRTAC 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 27-də saat 11.00-dan Lənkəranda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin binasında vətəndaşların qəbulunu keçirəcək.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı fevralın 26-da saat 09.00-da Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].

Sosial 2018-02-23 11:18:00