×
A
A
A
Sazlamalar

Siyəzəndə iki yük maşını toqquşub, avtomobillərdən biri yanıb

Bakı, 23 fevral, AZƏRTAC 

Siyəzəndə iki yük maşınının toqquşması nəticəsində avtomobillərdən biri yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunun Zarat kəndində “Volvo” və “Mercedes” markalı iki yük avtomobili toqquşub. Nəticədə yanğın baş verib. Yanğın nəticəsində “Volvo” markalı yük avtomobilinin kabini, qoşqusunun bir hissəsi və ön təkərləri yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə 2018-02-23 10:55:00