Azərbaycan müdafiə nazirinin müavini Rusiya Prezidenti ilə görüşdə iştirak edib
Moskva, 23 fevral, AZƏRTAC
Moskvada Rusiyada hər il fevralın 23-də qeyd edilən Vətənin Müdafiəçisi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Rusiya Prezidenti Vladimir Putin tədbirdə çıxış edib.
AZƏRTAC Kremlin saytına istinadla xəbər verir ki, təntənəli mərasimdən sonra Rusiyanın dövlət başçısı Moskvaya dəvət olunmuş xarici ölkələrin müdafiə nazirliklərinin rəhbərləri ilə görüşüb. Bu görüşdə Azərbaycanı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edib.
Vladimir Putin təntənəli tədbirdə iştirak etdikləri üçün qonaqlara təşəkkürünü bildirərək deyib ki, hərbçilər silaha, orduya, dövlətin güc strukturlarına xüsusi münasibət bəsləyirlər. Onlar yaxşı anlayırlar ki, bu həssas sahədə bir-birinə etibar etmək olduqca vacibdir. Rusiya Prezidenti tədbir iştirakçılarına dövlətlərinin təhlükəsizliyinin müdafiəsində uğurlar arzu edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO