×
A
A
A
Sazlamalar

Gəncə Şəhər Baş Polis İdarəsi vakant mühasib vəzifəsinə qəbulla əlaqədar müsabiqə elan edir

Bakı, 22 fevral, AZƏRTAC 

Gəncə Şəhər Baş Polis İdarəsi vakant sıravi və kiçik rəis heyəti üzrə mühasib vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə dövlət ali və orta ixtisas təhsil müəssisələrini mühasibat, iqtisadiyyat və maliyyə ixtisasları üzrə bitirən, yaşı 25-dək, boyu 160 santimetrdən yuxarı, özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyənləşdirilmiş şərtlərə cavab verən, Gəncədə qeydiyyatda olan və yaşayan xanımlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər martın 20-dək şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomu Gəncə Şəhər Baş Polis İdarəsinə təqdim etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər Gəncə Şəhər Baş Polis İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.
Ünvan: Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi 5, əlaqə telefonları: (022) 256-12-74; (022) 256-80-38.

Hadisə 2018-02-22 20:46:00