Gözlər qəlbin aynasıdır...
Bakı, 22 fevral, AZƏRTAC
“Google”-ın süni intellekt mütəxəssisləri gözün torlu qişasının skan edilməsi ilə infarkt riskini təxmin edən proqram hazırlayıblar.
AZƏRTAC “Nature Biomedical Engineering” dərgisinə istinadla xəbər verir ki, süni intellekt alqoritmi torlu qişa şəklinə əsasən pasiyentdə 5 il ərzində infarkt, insult, ciddi ürək-damar xəstəliklərinin yaranması ehtimalını düzgün proqnozlaşdıra bilib.
Araşdırma çərçivəsində alqoritmin torlu qişanın skan edilməsi əsasında pasiyentin yaşı, siqaret asılılığı olub-olmadığı və təzyiqi ilə bağlı doğru məlumatlar verdiyi təsbit edilib.
Həmin faktorları düzgün qiymətləndirən proqramın daha sonra aralarında 5 il ərzində ürək-damar xəstəlikləri keçirənlərin olduğu 284 min 335 xəstənin sağlamlıqları haqqında məlumatlarını və torlu qişa fotoşəkillərini araşdıraraq kardiovaskulyar riskləri aşkar etməsi üçün daha da təkmilləşdirildiyi bildirilib.
Ekspertlər alqoritmin iki torlu qişa görüntüsündən hansının sahibinin kardiovaskulyar risklə daha çox üz-üzə qalması barədə 70 faiz düzgün informasiya verdiyini müşahidə ediblər.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar