×
A
A
A
Sazlamalar

Pediatr-Endokrinoloqlar Cəmiyyətinin növbəti yığıncağında kliniki hallar müzakirə olunub

Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Pediatr-Endokrinoloqlar Cəmiyyətinin növbəti yığıncağı keçirilib. Bu barədə AZƏRTAC universitetin mətbuat xidmətinə istinadən xəbər verir.
Klinikanın direktor müavini Adil Nuriyev çıxış edərək yığıncaqda iştirak edən digər xəstəxanaların həkim və rezidentlərinə klinikanın iş prinsipləri haqqında məlumat verərək bildirib ki, klinikada tədris prosesi yüksək səviyyədə qurulub.
Pediatr-endokrinoloq Gündüz Əhmədov cəmiyyətin gördüyü işlər, endokrinoloq İlsur Novruzov endokrin patologiyası olan uşaqlarda kalsium və fosfor mübadiləsinin xüsusiyyətləri haqqında məlumat veriblər.
Daha sonra həkim-rezident Samirə Nəsibova uşaqlarda kalsium və fosfor mübadiləsinin pozulmasına aid klinik halları yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Yığıncaqda pediatr, endokrinoloq və rezidentlər iştirak ediblər.

Səhiyyə 2018-02-22 12:43:00