×
A
A
A
Sazlamalar

Bakı-Rusiya sərhədi avtomobil yolu ödənişli olacaq

Bakı, 22 fevral, Elvin Camalov, AZƏRTAC
Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolu ödənişli olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisidir. Bu avtomagistral yolun 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən 208-ci kilometrədək olan hissəni əhatə edir. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq.

Nəqliyyat 2018-02-22 12:45:00