×
A
A
A
Sazlamalar

Keçən il Samuxdakı sahələrdən 7 min 608 ton günəbaxan yığılıb

Samux, 22 fevral, Rauf Hacıyev, AZƏRTAC

Keçən il Samux rayonunda 3 min 618 hektar sahədə günəbaxan əkilib. Bu, 2016-cı illə müqayisədə 1903 hektar çoxdur. Məhsuldarlıq dövründə sahələrdən 7 min 608 ton günəbaxan tumu yığılıb. Bu isə əvvəlki illə müqayisədə 3 min 990 ton artıqdır.
Samux Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının sahibləri tədarük etdikləri məhsulu əsasən rayonun İnstitut qəsəbəsində yerləşən və qovurulmuş günəbaxan tumları istehsal edən müəssisəyə təhvil veriblər.
Qeyd edilib ki, hər hektardan 210 sentner məhsul toplayan və yüksək gəlir götürən təsərrüfat sahibləri bu il daha geniş ərazidə günəbaxan əkməyi və bol məhsul tədarük etməyi planlaşdırırlar.

Kənd təsərrüfatı 2018-02-22 10:36:00