×
A
A
A
Sazlamalar

Ötən il Daşkəsəndə süni mayalanma yolu ilə 97 baş buzov alınıb

Daşkəsən, 22 fevral, Rauf Hacıyev, AZƏRTAC

Ötən il Daşkəsən rayonundakı heyvandarlıq təsərrüfatlarında süni yolla mayalandırılan 172 baş iribuynuzlu mal-qaradan 97 baş bala alınıb.
Daşkəsən Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün hazırda rayonda iki süni mayalama mərkəzi fəaliyyət göstərir.
Keçən il bu mərkəzlərdə özündən əvvəlki illə müqayisədə 68 baş çox heyvan mayalandırılıb və 81 baş çox buzov alınıb.
Respublikanın əsas heyvandarlıq rayonlarından olan Daşkəsəndə bu sahənin inkişafı üçün gələcəkdə məntəqələrin sayının artırılması və təsərrüfat sahibləri arasında heyvanların süni mayalandırılması işinin daha da genişləndirilməsi üçün tədbirlər davam etdirilir.

Kənd təsərrüfatı 2018-02-22 10:20:00