×
A
A
A
Sazlamalar

“SABİS SUN” beynəlxalq məktəbdə şagirdlərin oftalmoloji müayinəsi aparılıb

Bakı, 21 fevral, AZƏRTAC
“SABİS SUN” ABŞ, Livan və Birləşmiş Ərəb Əmirliklərindən olan müstəqil şirkətlər qrupunun təşkil etdiyi və dünyanın dörd qitəsində fəaliyyət göstərən qlobal təhsil şəbəkəsini əhatə edən beynəlxalq məktəbdir.
AZƏRTAC xəbər verir ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası vasitəsilə həmin məktəbdə təhsil alan şagirdlər doğma təhsil ocağında oftalmoloji müayinədən keçiblər və ehtiyacı olanlara eynək təyin olunub.
Qeyd edək ki, Mərkəzin Səyyar klinikası son beş ildə ölkəmizin 17 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin müayinəsini aparıb.

Səhiyyə 2018-02-21 18:20:00