×
A
A
A
Sazlamalar

“Sərgüzəşti-vəziri-xani-Lənkəran” Muğam Mərkəzində təqdim edilib

Bakı, 21 fevral, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində M.F.Axunzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tamaşa Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində təqdim olunub. Rolları gənc aktyorlar Sona Novruzova, Nərmin Hüseynova, Şəfiqə Quliyeva, Məhbubə Quliyeva, Ağaəli Kərimzadə, Əbülfəz İsgəndərov, Novruz Şahverdiyev və başqaları oynayıblar.
Tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb.

Teatr və kino 2018-02-21 17:01:00