×
A
A
A
Sazlamalar

Qızıl-zinət əşyalarının qanunsuz yolla Azərbaycana gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 21 fevral, AZƏRTAC

Gömrükçülər qızıl-zinət əşyalarının qanunsuz yolla Azərbaycana gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Smiths detektion Heimann X-ray” yükyoxlama cihazı ilə gömrük baxışı keçirilib. Baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-02-21 13:43:00