×
A
A
A
Sazlamalar

Xəzər rayonunda 123 minə yaxın sakin tibbi müayinədən keçiriləcək

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 12-dən başlayaraq ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tibbi müayinə zamanı rayonun 165,1 min nəfər əhalisindən 18 yaşdan yuxarı olan 122,6 min nəfərinin müayinədən keçirilməsi nəzərdə tutulub.
Rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrinin həkim və tibb işçiləri kampaniyanın yüksək səviyyədə həyata keçirilməsinə cəlb olunub. Sakinlərin sağlamlıq vəziyyəti rayon ərazisində fəaliyyət göstərən 6 poliklinikada yoxlanılır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları təşkil edilib.

 

Səhiyyə 2018-02-20 19:02:00