×
A
A
A
Sazlamalar

“AirBaltic” aviaşirkəti Bakıya uçuşları davam etdirəcək

Bakı, 20 fevral, Elvin Camalov, AZƏRTAC

Yay uçuş cədvəli çərçivəsində mayın 2-dən oktyabrın 25-dək “AirBaltic” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, Riqa-Bakı-Riqa reysləri həftədə dörd dəfə (bazar ertəsi, çərşənbə, cümə axşamı və bazar günləri) müasir “Bombardier CS300” və “Boeing 737” təyyarələri ilə yerinə yetiriləcək.

Nəqliyyat 2018-02-20 18:11:00