×
A
A
A
Sazlamalar

Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatı aşkarlanıb

Bakı, 20 fevral, AZƏRTAC

Gömrük nəzarətinə bəyan edilməyən qızıldan hazırlanan zərgərlik məmulatı aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Smiths detektion Heimann X-ray” yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib. Baxış zamanı xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-02-20 14:27:00