×
A
A
A
Sazlamalar

Abşeron rayonunun Saray qəsəbəsində çörəkbişirmə obyektində partlayış baş verib

Bakı, 20 fevral, AZƏRTAC 

Abşeron rayonunun Saray qəsəbəsində sakin Rasim Ağaliyevə məxsus, ümumi sahəsi 70 kvadratmetr olan çörəkbişirmə obyektində təbii qaz sızmasından yanğınla nəticələnən partlayış baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə obyektin qapı və pəncərələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılıb, 50 kvadratmetr sahə yanıb. Çörəkbişirmə sexində işləyən qəsəbə sakinləri Natiq Əmrahov, həyat yoldaşı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə 2018-02-20 12:31:00