×
A
A
A
Sazlamalar

Qazaxda fındıq bağları genişləndirilir VİDEO

Qazax, 19 fevral, Famil Quliyev, AZƏRTAC

Ötən təsərrüfat ilində Qazax rayonunda 50,5 hektar sahədə yeni fındıq bağları salınıb. Rayonda fındıqçılıqla məşğul olan fermerlərdən biri də Çaylı kəndinin sakini 65 yaşlı Qəzənfər Qocayevdir.
AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Qəzənfər Qocayev bildirib ki, fındıqçılıq gəlirli sahə olduğundan iki hektar fındıq bağı salıb. Fermer ötən il 2 min fındıq ağacı əkmişdisə, bu il əlavə olaraq 800 ağac da əkib.
Fermer deyir ki, fındıq ağacları arasında digər kənd təsərrüfatı bitkiləri də becərmək mümkündür. O, mövsüm vaxtı ağacların arasına yonca səpməyi planlaşdırır.
Alıcılar fındığı elə sahədən alırlar. Bu isə fermerin işini xeyli asanlaşdırır və əlavə xərcdən azad edir. Rayondakı fındıq bağlarının demək olar ki, hamısı fərdi təsərrüfatlardadır.

Kənd təsərrüfatı 2018-02-19 10:38:00

Video