×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində nəzarəti həyata keçirməyə imkan verəcək

Bakı, 17 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazir qeyd edib ki, dünyada qida təhlükəsizliyinin önəmi son illər əhəmiyyətli dərəcədə artıb. Buna adekvat olaraq Prezident İlham Əliyevin Sərəncamına əsasən Qida Təhlükəsizliyi Agentliyinin yaradılması bu funksiyanın bir orqanda cəmləşməsinə gətirib çıxarıb. “Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Onlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi. Agentliyin yaradılması nəzarəti bir struktur çərçivəsində təmin etməklə yanaşı, həm də məhsul üzərində tarladan istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə şərait yaradacaq”, - deyə Heydər Əsədov bildirib

Kənd təsərrüfatı 2018-02-17 14:05:00