×
A
A
A
Sazlamalar

İİTKM-də “Digital Marketinq” mövzusunda təlim keçiriləcək

Bakı, 15 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Digital Marketinq” mövzusunda təlim təşkil edəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış marketinq mütəxəssisi, UNEC Digital Marketinq Mərkəzinin direktoru Ramil Cabbarovun aparacağı təlimin əsas məqsədi Azərbaycan sahibkarlarının öz məhsullarını xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə məlumatların təqdim edilməsindən ibarətdir.
Qeyd edək ki, təlimlə bağlı daha ətraflı məlumatı - http://training.ereforms.org/ saytından əldə etmək mümkündür. Təlimdə iştirak etmək istəyənlər həm də göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında, fevral ayının 23-də saat 10:00-da başlayacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

 

Biznes 2018-02-15 10:31:00