×
A
A
A
Sazlamalar

Azərbaycana yatırılan sərmayələrin 50 faizdən çoxu xarici investorların payına düşür

Bakı, 14 fevral, Elvin Camalov, Sevda Cəfərova, AZƏRTAC
Azərbaycana yatırılan sərmayələrin 50 faizdən çoxu xarici investorların payına düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 14-də Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, 14 ildə Azərbaycan iqtisadiyyatı uğurlu yol keçib. Əməkhaqları və pensiyalarda dəfələrlə artım müşahidə edilib. Həyata keçirilən tədbirlər nəticəsində regionların inkişafı, kənd təsərrüfatında əldə edilən uğurlar iqtisadiyyatın gələcək perspektivlərindən xəbər verir.

Biznes 2018-02-14 10:35:00